Bakı-Urumçi aviareysi bərpa olunur

Yaxın vaxtlarda Bakı-Urumçi (Çin) istiqamətində həyata keçirilən aviareyslər bərpa olunacaq. Eyni zamanda, Çinin Quançjou şəhərinə aviareysin yerinə yetirilməsinə başlanılacaq.
Avtosfer.az xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında uçuşları həyata keçirəcək “China Southern Airlines” (Cənubi Çin Hava Yolları) aviaşirkətinin Urumçi bölməsinin rəis müavini Çın Li Xhon bildirib.
"İyulun 3-dən etibarən müntəzəm Bakı-Urumçi-Quançjou marşrutu üzrə uçuşlar yerinə yetirəcəyik. Reyslır həftədə iki dəfə - çərşənbə və bazar günləri həyata keçiriləcək. Təyyarənin Bakıdan uçuş vaxtı 23:05-də olacaq, 07:00-da təyyarə Urumçiyə enəcək. Eyni təyyarə Urumçidə 2,5 saat gözlədikdən sonra 09:40-da Quançjou şəhərinə uçacaq və 14:35-də hava limanına enəcək. Quançjoudan Bakıya uçuş isə saat 12:50-də yerinə yetiriləcək. Təyyarə Bakıya 21:05-də çatacaq", - deyə rəis müavini bildirib.
Ç.L.Xhon əlavə edib ki, şirkət 10 ildir Azərbaycanda fəaliyyət göstərir və Urumçi istiqamətində uçuşlar həyata keçirirdi, lakin bir il əvvəl Azərbaycanda milli valyutanın devalvasiyası nəticəsində uçuşlar qeyri-müəyyən vaxta kimi dayandırılmışdır. "Lakin gələn aydan Urumçiyə aviareyslər bərpa edilir. Bakı-Quançjou reysinə biletin qiyməti 280 avro (gediş-dönüş), Bakı-Urumçi istiqamətində isə 260 avro (gediş-dönüş) təşkil edəcək", - deyə şirkət rəsmisi əlavə edib.
Qeyd edək ki, uçuşlar "Boeing-737" təyyarələri ilə yerinə yetiriləcək.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










