Bakı və İrəvan arasında bu tarixdə sülh imzalanacaq

“Ermənistanda gələn ilin əvvəlində növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkündür. Hazırda baş nazir Nikol Paşinyan seçkilər öncəsi həm müxalifətə, həm də kilsəyə qarşı təzyiqləri artırmaqla daxili müqaviməti zəiflətməyə çalışır”.
Avtosfer.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə Konkret.az-a şərhində bildirib.
Politoloq qeyd edib ki, N.Paşinyan Rusiyaya bağlı şəxslərin Ermənistan siyasətinə təsirini zəiflətmək üçün son aylar sistemli addımlar atır. “Yerevan məhkəməsinin Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı, “Taşir” şirkətlər qrupunun rəhbəri Ara Abramyanın torpaq sahəsini müsadirə etməsi bunun bariz nümunəsidir. Abramyan Rusiya ilə yaxın əlaqələri olan, həmçinin həbsdə olan Samvel Karapetyana yaxın şəxsdir”, – deyə o bildirib.
Politoloq vurğulayıb ki, Paşinyan Rusiya yönlü qüvvələri sıradan çıxarmaq üçün yalnız biznes dairələri ilə kifayətlənmir, həm də siyasi təsirləri hədəf alır: “Hazırda o, Gümrüdə yeni seçilmiş Rusiya meylli meri həbslə təhdid edir. Digər bir vacib hədəf isə Ermənistan Apostol Kilsəsinin rəhbəri II Qaregendir. Paşinyan hesab edir ki, katalikos müxalifətin əsas ideoloquna çevrilib və Moskvadan idarə olunur”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyan II Qaregini istefaya məcbur etmək üçün Eçmiədzində tərəfdarlarını səfərbər edib və kilsəyə qarşı ictimai etimadı sarsıtmağa çalışır: “O, bu istiqamətdə bir neçə dəfə qərar versə də, Rusiya təzyiqləri ilə geri çəkilib. Ancaq görünən odur ki, yaxın aylarda təzyiqlər daha da artacaq və II Qaregini istefaya göndərmək planı reallaşa bilər”.
Politoloq əlavə edib ki, Paşinyan üçün kilsə daxilində əsas müxalif fiqurun aradan götürülməsi seçkilərə radikal və təsirli müxalifət olmadan getmək imkanı yaradacaq: “Bu, ona parlament seçkilərində qələbə qazandırmaqla bərabər, sülh gündəliyini irəli aparmaq şansı da verəcək. Əgər payızda katalikos istefa verərsə, 2026-cı ilin əvvəlində növbədənkənar seçkilər keçirilə bilər. Ardınca apreldə konstitusiya referendumu və yay aylarında Azərbaycanla sülh müqaviləsinin bağlanması mümkündür”.
Bu küçədə hərəkət çətinləşib: Sürücülər çuxurlardan qaça bilmir - VİDEO
Vaşinqtondakı çirkin təxribat cəhdinin arxasında kimlər var? - ADLAR AÇIQLANDI - VİDEO
Bu yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Azərbaycanda elektron siqaretlərlə bağlı yeni cərimələr
Kremlin Cənubi Qafqazda gücü zəifləyir; ABŞ region ölkələri ilə əməkdaşlığı artırır - POLİTOLOQ
Bakı metrosunda pik saatlarda YENƏ PROBLEM: Qatarda nasazlıq yarandı, interval xeyli artdı
Binəqədidə kanalizasiya suyu yola axdı; qurum hərəkətə keçdi - FOTO
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi təxribatın qarşısını belə aldı - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO










