“Bakı və İrəvanın Laçın yolu ilə bağlı təklifləri var” - Zaxarova
Gündəm
12 Aprel 2023 19:00
Oxunub 1124

“Rusiya Laçın yolunun tam olaraq açılmasının tərəfdarıdır”. “Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi, sülhməramlı kontingentinin komandanlığı və XİN tərəfindən müvafiq səylər göstərilir.
Zaxarova qeyd edib ki, Ermənistan və Azərbaycan tərəfinin sözügedən məsələ ilə bağlı detallı təklifləri var.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













