Bakı və Kabil "Lazurit" nəqliyyat dəhlizinin inkişafını müzakirə edib

Əfqanıstanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qəni Bəradər Azərbaycan Baş naziri Əli Əsadovla iyulun 2-də keçirdiyi görüşdə "Lazurit" nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın iqtisadiyyat nazirinin müavini “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumatda qeyd olunub ki, Azərbaycan hökumətinin başçısı Əfqanıstanla ixrac və idxal həcmlərini artırmağa hazır olduğunu bildirib. "Lazurit" dəhlizi Əfqanıstanın xarici ticarəti üçün ən perspektivli alternativ marşrut hesab olunur. Bu marşrut boyunca yerləşən ölkələr əsas əfqan malları - ilk növbədə qurudulmuş meyvələr, dərman bitkiləri və faydalı qazıntılar üçün tutumlu satış bazarlarını təmsil edir", - paylaşımda vurğulanıb. Öz növbəsində, "Alemarah" informasiya portalı bildirir ki, Əfqanıstandan olan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana gəlib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











