Bakı və Odesa arasında birbaşa aviareys açıla bilər

Ukrayna turist səfərlərinin qarşılıqlı inkişafı çərçivəsində Odessa və Bakı arasında birbaşa reyslərin həyata keçirilməsini planlaşdırır. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə birinci katibi Vadim Sidyaçenko deyib. Sidyaçenko deyib ki: "Biz yay cədvəli çərçivəsində Odessa və Bakı arasında birbaşa reys açmağı planlaşdırırıq. Noyabrda biz Azərbaycan jurnalistləri üçün Odessaya press-tur təşkil etdik, amma uçuş Kiyev vasitəsilə həyata keçirildi. Hazırda bu istiqamətdə tələbat kifayət qədər yüksəkdir və ona görə də birbaşa reyslərin mövcudluğu turist axınını artırmağa imkan verəcək".
Onun sözlərinə görə, hazırda Azərbaycanla Ukrayna arasında Bakı-Kiyev-Bakı və Bakı-Lvov-Bakı reysləri həyata keçirilir. Sidyaçenko qeyd edib ki, hər iki tərəf turist səfərlərinin qarşılıqlı inkişafına böyük maraq göstərir. Bununla yanaşı, onun sözlərinə görə, ukraynalı turistlərə təkcə Bakı deyil, Azərbaycanın regionlarına da səfər etmək təklif olunur: "Ukraynalılar özləri üçün Azərbaycanı dahada çox kəşf edirlər, xüsusilə də romantik paytaxt Bakını. Bakıda gözəl vaxt keçirmək olar, Bakının gözəl memarlığı və bütün zövqlərə uyğun restoranları var. Bundan başqa, ukraynalı turistlər üçün Qobustanın qayaüstü rəsmləri ilə tanış olmaq, Atəşgahı ziyarət etmək və çox digər maraqlı imkanlar var. İndi biz turizm şirkətlərinə Qəbələ, Şəki, Mingəçevir, Quba, Qusar və Şahdağ kimi istiqamətləri tövsiyə edirik. Bu istiqamətlər ukraynalılar üçün çox maraqlıdır".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












