Bakı və Təbriz arasında avtomobil yarışları təşkil edilə bilər

Avqustun 14-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov İranın Turlar və Avtomobil Nəqliyyatı Təşkilatının prezidenti Morteza Hacının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Avtosfer.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, İranın nümayəndə heyəti İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin ticarət attaşesi Məhəmməd İbrahimi və digər nümayəndələrdən ibarət olub. Görüş zamanı hər iki ölkədə turizm təqdimatlarının keçirilməsi, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakı və Təbriz arasında avtomobil yarışlarının təşkili, sərhəd keçmə prosedurlarının asanlaşdırılması, sağlamlıq turizmi sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə edilib. Qeyd edək ki, Turlar və Avtomobil Nəqliyyatı Təşkilatı İranda avtomobil nəqliyyatı ilə səyahətlərin təşkilinə və nəqliyyat vasitələrinə müvafiq icazələrin rəsmiləşdirilməsinə cavabdeh qurumdur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












