"Bakı-Xankəndi" velosiped yarışında iştirakını təsdiqləyən komandalar müəyyənləşib

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışına qatılacaq komandalar bəlli olub. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib. Son yenilənmiş siyahıya əsasən 25 komanda iştirakını təsdiqləyib. Bəzi ölkələrdən iki kollektiv mübarizə aparacaq. Turnirdə Azərbaycan millisi ilə yanaşı, Qazaxıstanın "Astana", "Team Vino", İspaniyanın "Equipo Kern Pharma", "Burqos Burpellet BH", İtaliyanın "Bardiani CSF 7 Saber", "Solution Tech NIPPO Rali", Türkiyənin "Spor Toto", "MBB Continental" komandaları çıxış edəcəklər. Bundan əlavə, Çinin "Li Ning Star", Malayziyanın "Terengganu", Portuqaliyanın "Anicolor/Campicarn", Taylandın "Roojai Insurance Winspace", Kolumbiyanın "Team Medellin", Estoniyanın "Quick Pro", Əlcəzairin "Madar Pro", Polşanın "Mazowsze Serce Polski", Belçikanın "Tarteletto - Isorex", Filippinin "Victoria Sports", Almaniyanın "REMBE rad-net", Niderlandın "Universe", GUAM-dan "EuroCyclingTrips - CCN", Özbəkistanın "7 Saber Uzbekistan", Mərakeşin "Sidi Ali", İndoneziyanın "ASC Monsters" komandaları "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışına qatılacaq.
Xatırladaq ki, mayın 10-da start götürəcək yarış beş gün davam edəcək.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












