"Bakı-Xankəndi" velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıblar - YENİLƏNİB

"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsinin medalçıları mükafatlandırılıblar.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov, vitse-prezident və turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov iştirak ediblər.
İtaliyanın "Bardiani CSF 7 Saber" komandasının üzvü Marko Manentiyə qızıl, "Astana"dan Henok Mulubrhana gümüş, "Roojai İnsurance Winspace" komandasından Pita Kristian Davidə bürünc medal təqdim olunub.
***
"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışının dördüncü mərhələsi start götürüb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, velosipedçilər bu etapda Gəncədən start götürməklə Naftalana qədər 152.8 kilometr məsafə qət edəcəklər.
Ötən gün III mərhələdə Qazaxıstanın "XDS Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa finişə birinci çatıb.
II mərhələdə "Sea Breeze"dən İsmayıllıya olan məsafəni Qazaxıstanın "XDS Astana" komandasının üzvü Yevgeni Fyodorov birinci gəlib.
I mərhələnin qalibi Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












