Bakı yay vaxtından niyə imtina etdi? - “Formula-1”, yoxsa..?

Rəsmi Bakı yay vaxtına keçiddən Formula-1 və 24 saatlıq Ie-Man yarışlarına görə imtina edib. Avtosfer.az xəbər verir ki, Turan agentliyi Beynəlxalq Avtoidman Federasiyasının (FIA) tələblərinin öyrənilməsi zamanı bu nəticəyə gəlib. FIA Formula-1 yarışlarının keçirilməsi ilə əlaqədar Bakıdan tələb edib ki, yarışların başlanması Le-Man-da (Parisin 200 km. qərbində yerləşir) keçirilən 24 saatlıq avtomarafonun başa çatması ilə üst-üstə düşməsin, həmçinin start günəşin batmasına 4 saat qalmış verilsin. İş burasındadır ki, 24 saatlıq mötəbər Le-Man yarışı iyunun 19-da Paris vaxtı ilə saat 15:00-da başa çatır. Bakı yarışı isə 18:00-da start götürür. Vaxt fərqi 3 saatdır. Belə olan halda Fransada finiş və Bakıda start üst-üstə düşə bilərdi. Hər iki ölkə yay-qış vaxtına keçən ölkələr sırasındadır. Bakı yay vaxtına keçiddən imtina etməklə Formula-1 yarışlarına yerli vaxtla saat 18:00-da, Paris vaxtı ilə saat 16:00-da, yəni Le-Manda marafonunun bitməsindən 1 saat əvvəl start vermiş olur. Bununla da FIA-nı şərtlərinə əməl etmiş olur.
Onu da nəzərə almaq lazımdır ki, Bakıda Formula-1 yarışları minimum 5 il nəzərdə tutulub, odur ki, yay vaxtından imtina labüd idi.
Yay vaxtına keçidə gəlincə, bu, gün işığının 1 saat uzanması ilə əlaqədar uzun iş saatlarından sonra dincəlmək baxımından əlverişli idi.
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










