Bakı yol polisi sürücülərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Bilik günü ilə bağlı sürücülərə müraciət edib. Avtosfer.az xəbər verir ki, idarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, yol polisi yeni dərs ilinin başlanması ilə əlaqədar valideynlərə şəxsi avtomobillərdən az istifadə etməyi tövsiyə edir: “Təcrübədən görürük ki, yeni dərs ilinin başlanması ilə əlaqədar kiçik yaşlı uşaqların məktəbə müşayiəti zamanı bir neçə nəqliyyat vasitəsindən istifadə edilir. Bilik günü birinci sinfə gedən uşaqlarla yanaşı, məktəbə onlarla ata-ana, nənə-baba, dayı-xala, əmi-bibi və digər yaxın qohumları da gəlirlər.
Bir azyaşlı ilə bir neçə avtomobilin hərəkət etməsi həmin məktəbin ətrafında süni sıxlığın və tıxacların yaranmasına gətirib çıxarır. Bu da digər hərəkət iştirakçılarında narahatlığa və haqlı narazılığa səbəb olur. Artıq belə halların qarşısının alınması məqsədilə yol polisləri tərəfindən daha ciddi və güzəştsiz tədbirlər görüləcək”.
Bölmə rəisi təhsil müəssisələrinin yaxınlığında yolun hərəkət edən hissəsində avtomobillərini saxlayanlara müraciət edib. O qeyd edib ki, avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq hərəkətə mane olan sürücülər qanun çərçivəsdində cəzalandırılacaqlar.
V.Əsədovun sözlərinə görə, Bakı şəhər Baş Polis İdarəsi rəhbərliyinin təsdiq etdiyi tədbirlər planının tələbinə uyğun olaraq, şəhər ərazisindəki bütün təhsil müəssisələri nəzarətə götürülüb, gücləndirilmiş iş saatı ilə xidmət aparılacaq.
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












