Bakı yollarında nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır- SİYAHI

Bu gündən etibarən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin yenidən rənglənməsi işlərinə start verilir.
“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən Avtosfer.az-a daxil olan məlumata görə, ilk olaraq sözügedən işlərə bu gün saat 11:00-dan Zaqulba prospektində başlanılır.
Sözügedən prospektin hər iki istiqaməti üzrə aparılacaq rəngləmə işləri ilə əlaqədar hərəkət hissə-hissə, qismən məhdudlaşdırılacaq. Rəngləmə işləri axşam saatlarınadək davam edəcək.
Axşam saat 23:00-dan etibarən isə yol-cizgi və yolgöstərici xətlərin, həmçinin piyada keçidlərinin yenidən rənglənməsi işləri Nəsimi rayonu Kövkəb Səfərəliyeva və Rixard Zorge küçələrində aparılacaq.
Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə də hərəkət dayandırılmadan qismən məhdudlaşdırılma tətbiq olunacaq.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












