Bakı yollarında tıxac probleminin həlli ilə bağlı xüsusi təkliflər hazırlanıb

Bakı şəhərinin ən çox tıxac müşahidə edilən əsas yollarından biri - Tbilisi prospektində nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün xüsusi təkliflər hazırlanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. "Bakı yollarında hərəkətin optimallaşdırılmasına dair təkliflər hazırlanıb. Yol-1 adlı bənd Tbilisi prospektini nəzərdə tutur. Belə ki, bu prospektdə 5 ərazidə kəsişmə nöqtəsi var və onlar tıxaca səbəb olur. Məsələn, bu, "Çıraq Plaza"nın qarşısında dayanacaq məntəqəsi və ya Həsən Əliyev küçəsindən Tbilisi prospektinə dönəndə dayanacaq və piyada keçidinin olması, habelə yanacaqdoldurma mərkəzindən çıxışın birbaşa əsas yola olmasıdır. Halbuki, orada nəqliyyatın çıxışı Şəfayət Mehdiyev küçəsinə olmalıdır və s. Təkliflərdə də məhz bu problemlərin aradan qaldırılması məsələləri irəli sürülür", - deyə M.Ağayev qeyd edib. M.Ağayev əlavə edib ki, nəqliyyatın hərəkətinin optimallaşdırılması ilə bağlı tədbirlər ilkin olaraq paytaxtda 11 ərazidə aparılacaq.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












