Bakı yollarındakı "Venesiya"lar nə vaxt yox olacaq?

Paytaxt sakinlərindən milli.az-a Binəqədi rayonunda Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli və Əliyar Əliyev küçələri ilə kəsişməsindəki yolun vəziyyəti ilə bağlı şikayətlər daxil olmaqda davam edir: "Hər dəfə yağış yağandan sonra bu yollar, demək olar ki, Venesiyaya çevrilir. Bəzən ərazidən nə piyada, nə də avtomobillə keçmək olur. Artıq yığılan sular asfalt örtüyünü də bərbad hala saldığından həmin istiqamətdə hərəkət edən sərnişin avtobuslarının marşrutunda da dəyişiklik edilib. Bəzən məhz bu səbəbdən yolda saatlarla davam edən tıxac yaranır. Bilmək istəyirik bu yollarda vəziyyət nə vaxt düzələcək?"
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən ərazidə problemlərin qısa müddətdə aradan qaldırılması asan olmayacaq və bu məqsədlə işlərin nə vaxt başlayacağı da hələlik dəqiq bilinmir:
"Məlum olduğu kimi, prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. Yəqin ki, bu məsələ işçi qrupda da müzakirə olunacaq. Amma bütün hallarda həmin ərazidə yeni yağış-kanalizasiya sistemi qurulmalıdır. Ərazidə qalan su ya yağış kollektoruna, ya kanalizasiyaya, ya da yaxınlıqdakı gölə vurulmalıdır. Yəni kompleks tədbirlər həyata keçirilməlidir. Bütün bu işlər görülməlidir ki, həmin yolda təmir işləri aparmaq olsun. Əks halda təmirin heç bir mənası olmayacaq".
A.Nəcəflinin sözlərinə görə, işçi qrupundakı müzakirələrdən sonra eyni səbəb üzündən paytaxtın bir sıra digər yollarında da yaranmış problemlər aradan qaldırılacaq: "Konkret olaraq Ziya Bünyadov prospektindəki məlum ərazidən başqa, Binəqədi şossesində, Heydər Əliyev prospektindəki "Bağırov körpüsü"nün altındakı tuneldə və şəhərin bəzi digər yerlərində də su yığılmasının qarşısını almaq üçün ciddi işlər görülməlidir. Bunun üçün ilk növbədə hansı işlərin görülməsi lazım gəldiyi aydınlaşdırılacaq".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












