Bakıda 1 nömrəli marşrutun hərəkət trayektoriyası dəyişdirildi - FOTO

Bakı Nəqliyyat Agentliyinin məlumatı “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən metorunun “28 may” stansiyası, eləcə də əks istiqamətdə hərəkət edən 1 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasında dəyişiklik edilməsi ilə bağlı məlumat yayıb. Avtosfer.az-a verilən məlumatda bildirilir ki, dəyişikliyə əsasən, “Koroğlu” NMM-dən Heydər Əliyev prospekti ilə şəhər istiqamətində hərəkət edən avtobuslar “Azərsu” ASC-nin yeni tikilən inzibati binasının qarşısından Ələsgər Qayıbov küçəsinə dönəcək. Daha sonra avtobuslar Ələsgər Qayıbov küçəsi 10 ünvanında yerləşən iş mərkəzinin qarşısındakı geri dönmədən əks istiqamətdə qayıdaraq Heydər Əliyev prospekti ilə əvvəlki xətt üzrə hərəkət edəcək. Dəyişikliyin edilməsində məqsəd, həmin ərazidə yaşayan sakinlərin, həmçinin, Ələsgər Qayıbov küçəsində yerləşən dövlət və özəl qurumların əməkdaşlarının şəhər mərkəzinə rahat gedişini təmin etməkdir. Məlumat üçün bildirək ki, Ələsgər Qayıbov küçəsində və ona yaxın ərazidə yaşayış və iş yerlərinin olmasına baxmayaraq, ərazidən hər hansı bir marşrut xətti keçmirdi. Qeyd edək ki, bu dəyişikliyin avtobuslararası intervala təsirinin qarşısını almaq məqsədi ilə daşıyıcı tərəfindən xəttə buraxılan nəqliyyat vasitələrinin sayı artırılacaq.
Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 12 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













