Bakıda 18 saylı marşrutun hərəkət trayektoriyası dəyişdirildi

Bakı Nəqliyyat Agentliyi (BNA) 18 saylı marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edib. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, dəyişikliyə əsasən “Formula 1” Azərbaycan Qran-Prisi yarışlarından sonrai marşrut xəttinin hazırda son dayanacağı olan Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinə qədər (Qış parkı) uzadılması təmin ediləcək və marşrutda xidmət göstərən avtobusların sayı sərnişin axınına uyğun olaraq 23-dən 33-ə qədər artırılacaq. Qeyd edək ki, fevralın 11-də 7 nömrəli müntəzəm sərnişindaşıma marşurut xəttinin dayandırılması ilə bağlı BNA-ya, o cümlədən “141” Çağrı Mərkəzinə 18 saylı marşrut xəttinin Azərbaycan prospektindən Şəmsi Bədəlbəyli küçəsinə qədər (Qış parkı) uzadılması ilə bağlı çoxsaylı müraciətlər daxil olub. Bununla bağlı aparılmış monitorinqlər və təhlillər nəticəsində marşrutun hərəkət sxemində dəyişiklik edilməsi və əvvəllər fəaliyyət göstərmiş 7 saylı maşrutun hərəkət sxeminə uyğunlaşdırılması məqsədəuyğun hesab edilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












