Bakıda 2 ildir işləməyən işıqforla bağlı – RƏSMİ CAVAB - VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində işıqfor var, amma sakinlər deyirlər ki, 2 ilə yaxındır ki işləmir. Bu yolda hər gün eyni vəziyyət müşahidə olunur.
Texniki nasazlığın yaratdığı narazılıq həm yolu keçən vətəndaşların, həm də avtomobilini qəza vəziyyətindən qorumaq istəyən sürücülərin üzündən hiss olunur.
Bura paytaxtın Yasamal rayonu Cəfər Cabbarlı küçəsi ilə Əlibəy Hüseynzadə küçəsinin kəsişmədir. Hər gün yüzlərlə vətəndaşın istifadə etdiyi bu yolda işıqforun özü var, işığı yox.
Çəkiliş əsnasında o da məlum oldu ki, burada bir yox, iki küçənin kəsişməsində eyni hal yaşanır. Zivərbəy Əhmədbəyov küçəsində də vəziyyət eynidir. İşıqfor quraşdırılıb, ancaq istifadəyə verilməyib.
Məsələ bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, problemin yaxın vaxtlarda həlli ilə bağlı işlər aparılır.
Qeyd olundu ki, paytaxtın küçə və prospektlərində piyadaların və nəqliyyat vasitələrininin hərəkət təhlukəsizliyi səviyyəsinin artırılması məqsədilə kompleks tədbirlər aparılır. Bu çərçivədə müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların quraşdırılması təmin edilir. Bu işlər sözügedən ərazidə də həyata keçirilib. Ərazidəki nizamlayıcının işə salınması üçün texniki tamamlanma işləri aparılır.
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO










