Bakıda 2 yeni küçə yaradıla bilər - "Torqovı" kimi

Azərbaycanda turizmin inkişafı məqsədilə Bakıda Nizami küçəsinin "Torqovı" adı ilə tanınan hissəsi kimi daha iki küçənin yaradılması ilə bağlı təkliflər var. Trend-in məlumatına görə, bunu Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. K.Quluzadə qeyd edib ki, Mərkəzi Univermaqdan "5 mərtəbə"yə gedən küçələrin ikisinin avtomobil hərəkəti olmadan gəzinti küçəsi olması nəzərdə tutulur: “Bununla bağlı təkliflər var, lakin hansı qərarın veriləcəyi barədə indidən danışmaq çətindir”.
K.Quluzadə həmçinin bildirib ki, bələdçi akademiyasının yaradılması ilə bağlı təkliflər var: "Bir çox bələdçilər Azərbaycan tarixini və mədəniyyətini, yer adlarını düzgün bilmədiyi üçün turistlərə düzgün məlumat vermirlər: “Ona görə də istəyirik ki, peşəkar bələdçilər hazırlansın”.
Onun sözlərinə görə, həmçinin Gürcüstanla birgə regional turizm paketlərinin hazırlanması nəzərdə tutulur: “Bu paket çərçivəsində turist həm Gürcüstana, həm də Azərbaycana səfər edəcək”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












