Bakıda 20 yaşlı qızın ölümünə səbəb olan sürücüyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Tahir Qaybalıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, T. Qaybalıyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Sonra T. Qaybalıyev çıxış edərək, əməlindən peşman olduğunu bildirib.
Prosesdə hökm oxunub, T. Qaybalıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tahir Qaybalıyev ötən il idarə etdiyi “Mercedes” markalı avtomobili ilə piyada 20 yaşlı Səriyyə Əliyevanı vuraraq, öldürüb. T.Qaybalıyev qəzanı törədən zaman sərxoş olub. O, piyadanı vurduqdan sonra hadisə yerindən qaçıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












