Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər AÇIQLANDI - VİDEO

Bakıda qəzalı binaların mərhələli söküntüsü planlaşdırılır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, hazırda Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Sözügedən binalar paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında yerləşir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, infrastrukturun yenilənməsi daşınmaz əmlak bazarına xüsusi təsir göstərəcək:
"Belə ki, proses həmin ərazilərdə qiymətlərin artmasına səbəb olacaq. Sözügedən ərazilərdə yeni binaların tikilməsi mərkəz və mərkəzə yaxın ərazilərdə qiymətlərin tənzimlənməsi ilə nəticələnəcək. Yəni, indiyədək qiymət artımı müşahidə olunan ərazilərdə müəyyən stabilləşməyə şahidlik edəcəyik".
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev də sözügedən prosesin evlərin qiymətlərinə təsirsiz ötüşməyəcəyini deyir.
Ekspertin sözlərinə görə, alıcıların əsasən Bakı ətrafında qəsəbələrə üz tutmaları həmin ərazilərdə daşınmaz əmlaklara tələbatı artırır. Eyni zamanda söküntü prosesi daşınmaz əmlak bazarında həmin ərazi üzrə təklifi azaldır. Bütün bunlar qiymətlərin artmasını qaçılmaz edir.
Ətraflı Baku TV-nin süjetində:
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ










