Bakıda 3 küçə və prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

"Azəravtoyol" ASC sürücülərə müraciət edib. Avtosfer.az bu barədə qurumun mətbuat katibi Anar Nəcəfliyə istinadən xəbər verir. Müraciətdə bildirilir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu gün axşam saatlarına qədər paytaxtın Hənifə Ələsgərov küçəsində rənglənmə işləri aparılacaq. Sözügedən küçədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq. Axşam saat 22:00-dan başlayaraq səhər saatlarına qədər isə rənglənmə işləri Qara Qarayev prospektinin Məhəmməd Hadi küçəsinə doğru olan istiqamətində, Atatürk prospektinin isə Naxçıvani küçəsinədək olan hissəsində aparılacaq. Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və yaxud qismən məhdudlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməklərini tövsiyə edir.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












