Bakıda 31 nömrəli marşrutun istiqaməti dəyişdi

Bakı şəhərində 31 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarının hərəkət trayektoriyasında dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, "Azərsu” ASC-nin Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsinin kəsişməsindən başlayacaq və Yeni yaşayış sahəsinədək davam edəcək təmir işləri ilə əlaqədar bu dəyişiklik edilib. "Təmir işləri ilə əlaqədar yanvarın 23-dən 31 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusların son dayanacaq nöqtəsi Səbail rayonu Tofiq Məmmədov ilə Neftçilər küçəsinin kəsişməsi müəyyən edilib. Təmir işləri davam etdiyi müddətdə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsinədək olan ərazidə yaşayan əhalinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq və rahatlığını təmin etmək üçün BNA-nın təşəbbüsü ilə 31 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkət xüsusi nəqliyyat vasitələri ayırıb. Belə ki, qeyd edilən məsafədə 31 nömrəli müntəzəm marşrut xətti üzrə istifadədə olan avtobusların hərəkəti mümkünsüz olduğundan sərnişinlərin xüsusi nəqliyyat vasitəsilə Tofiq Məmmədov küçəsindən Yeni Yaşayış sahəsi, eləcə də əks istiqamətdə ödənişsiz daşınması təmin ediləcək", - deyə BNA-nın məlumatında qeyd edilib.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












