Bakıda 35 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək - XƏBƏRDARLIQ

"IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində 4 sürücüdə yüksək təzyiq olduğundan, 1 sürücü isə sürət həddini aşması səbəbindən sükan arxasından uzaqlaşdırılıb". Avtosfer.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib. O bildirib ki, həmin ərəfədə Bakı Nəqliyyat Agentliyinin 350 avtobusu fəaliyyət göstərib: "Bütün avtobuslarda GPS sistemi quraşdırılıb. Həmin gün sürücülər əvvəlcədən tibbi müayinədən keçirilib". M.Ağayev qeyd edib ki, bağlanış mərasimi günü (mayın 22-si) üçün Bakı Nəqliyyat Agentliyi 430 avtobus ayırıb. Bağlanış mərasimi günündə də sürücülər əvvəlcə tibbi müayinədən keçəcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə biz avtobusları izləyəcək, onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq". Bağlanış mərasimi günü metronun "Koroğlu" stansiyasına gələn 29, şəhərdaxili isə 6 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












