Bakıda 4 kəndin bir marşrutu var: Sərnişinlər narazıdır - VİDEO

Bakının 4 kəndinə yalnız bir avtobus işləyir.
Sərnişinlərin dediyindən belə aydın olur ki, bu avtobuslar da yalnız Qala ərazisinə qədər fəaliyyət göstərir. Gün ərzində isə təxminən 800-900 sərnişin Q1 marşrut xətti üzrə hərəkət edir.
Məsələ ilə bağlı AYNA ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, 2021-ci ildə Qala" Nəqliyyat Mübadilə məntəqəsini "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən Q1 nömrəli marşrut təşkil edilərək "BakuBus" MMC-nin istismarına verilib. Hazırda sərnişin axınına uyğun olaraq, 10 avtobus 10-12 dəqiqə intervalla vətəndaşlara xidmət göstərir.
O da bilirilib ki, hədəfdə Bakı avtobus şəbəkəsi üzrə 250-dən çox avtobusun istismara qaytarılması və marşrutlar arasında avtobusların paylanmasının optimallaşdırılması var.
Marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir. İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə müntəzəm və ekspress avtobus marşrutları müsabiqəyə təqdim edilib.
Ətraflı videomaterialda.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










