Bakıda 4 min manata hərraca çıxarılan "KİA" 10 minə satıldı

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib. Avtosfer.az Komitəyə istinadən xəbər verir ki, hərrac rəqabətli keçib. Məsələn, özəlləşdirməyə çıxarılmış “Kia Sportage” markalı minik avtomobilinə 5 sifariş verilib. İlkin start qiyməti 4 000 manat olan maşın sonda 10 300 manata özəlləşdirilib. İlkin start qiyməti 1 127 manata olan “Daewoo Leganza” markalı nəqliyyat vasitəsi isə 1 900 manata sahibini tapıb.
Hərracda Biləsuvar və Ağstafa şəhərlərində yerləşən kiçik dövlət müəssisələləri də özəlləşdirilib. Həmin müəssisələr xidmət və tikinti sahələrində əlverişli hesab edilir. Belə ki, Biləsuvardakı ümumi faydalı sahəsi 106,2 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Ağstafadadakı Qazax Kənd Tikinti Birliyi də sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 179,8 kv.m, torpaq sahəsi isə 3170 kv.m-dir.
Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Bakının Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Onun ümumi faydalı sahəsi 108 kv.m təşkil edir. Hərracda ən aşağı qiymətə özəlləşdirilmiş qeyri-yaşayış sahəsi isə paytaxtın Binəqədi rayonunda yerləşir. Həmin əmlak 9 min manata sahibini tapıb.
Keçirilmiş hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Növbəti hərrac noyabrın 7-də olacaq. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək lazımdır:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2726
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












