Bakıda 4 yaşlı qızı öldürən sürücü həbs edildi

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu 4 yaşlı qızın maşınla vurulması ilə bağlı açıqlama yayıb. Avtosfer.az-ın verdiyi xəbərə görə, iyunun 15-də saat 12 radələrində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rəhim Hüseynov idarə etmək hüququ olmadan baş etibarnamə əsasında idarə etdiyi “VAZ 2109” markalı, 20 BA 017 dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Nuranə Zeynalovanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayətin R.Hüseynov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, həmin gün şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. R.Hüseynov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










