Bakıda 5 yaşlı qızın ürəyinə iynə batdı - Bir saat geciksəydi... - FOTO

Bakıda 5 yaşlı qızın ürəyinə iynə batıb. Avtosfer.az medicina.az-a istinadən xəbər verir ki, hadisə uşaq öz dostları ilə oynayarkən baş verib. Belə ki, uşaqlardan birinin əlindəki şprits qızın ürək nahiyəsinə batıb. Şpritsin plastmas tərəfi qırılıb və iynə körpənin daxilinə doğru nüfuz etməyə başlayıb.
Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən uşağı cərrah Gündüz Ağayev müayinə edib. 5 yaşlı qızın ürəyində sağ mədəciyin divarında ürəklə birgə pulsasiya edən iynə aşkar olunub və ürəyin yad cismi diaqnozu qoyulub. G.Ağayevin sözlərinə görə, əməliyyatdan öncə müəyyən edilib ki, iynə ürəyi 2 mm zədələyib və artıq qanama başlayıb. Əməliyyat zamanı iynə ucundan sıxılaraq miokarddan çıxarılıb. Ürəyə və yaraya tikişlər qoyulub. Xəstə 5 gün sonra evə yazılıb.
Həkimin dediyinə görə, xəstə 1 saat da əməliyyata gec alınsaydı, həyatını itirə bilərdi.


İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












