Bakıda 6 qəza - Vaqif Əsədov sürücülərə səsləndi

Bu gün şaxtalı hava şəraiti ilə əlaqədar yollarda 6 qəza hadisəsi baş verib. Bu barədə Bakipost.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, hava şəraiti ilə əlaqədar olaraq səhər saatlarında saat 08:00-dan 09:00-a kimi nisbətən paytaxtın şaxtalı hündür ərazilərində avtomobillərin hərəkətində problemlər yaşanıb: "Yol polisinin və Bakı Şəhər İcra Hakimiyyətinin birgə səyi nəticəsində həmin ərazilərə qum səpilərək hərəkət saat 09:00-dan etibarən bərpa olundu. Daha çox Yasamal ərazisindəki 3-cü kənar dairəvi yolda, Tbilisi prospektində, 20 Yanvar ərazisində və digər hündür ərazilərdə avtomobillərin hərəkətində problemlər müşahidə etmişik. Bu gün, ümumiyyətlə yollarda hava şəraiti ilə bağlı 6 maddi zərərlə nəticələnən yol qəza hadisəsi baş verib. Qəzalardan biri tuneldə, biri körpünün üstündə, digərləri isə başqa ərazilərdə olub. Bu qəzaların baş verməsi yol və meteoroloji şəraitin sürücülər tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlıdır”.
Qurum rəsmisi sürücülərə qəzaların olmaması üçün xəbərdarlıq edib: "Belə hava şəraitində avtomobil idarə etməyə uyğun olan sürücülərin hərəkətinə şərait yaratmaq lazımdır. Həmçinin bu cür havada avtomobil idarə etməyə səriştəsi az olan sürücülərin ictimai nəqliyyat vasitələrindən istifadə etməsini tövsiyə edirik. Belə hava şəraitində əyləc sistemindən istifadə etmək avtomobilin sürüşməsi deməkdir. Ümumiyyətlə, avtomobilin hərəkətə gətirilməsi və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Sürət həddi minimuma enməli, ara məsafəsi normadan artıq saxlanılmalı, diqqəti yayındıra biləcək hərəkətlər edilməməli, yol boyu nişanların tələblərini yerinə yetirmək lazımdır. Hava şəraitindən asılı olmayaraq, idarə edilən nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarının görünməsini sürücü təmin etməlidir. Həmçinin işıqların təmiz olması da vacib şərtdir. Eyni zamanda bu gün baş vermiş yol qəza hadisələrində əksər sürücülər yol və meteoroloji şəraiti, yolun buz qatının olmasını bəhanə gətirirlər. Amma yol və meteoroloji şərait nəzərə alınmaqla sürücülər avtomobili elə formada və sürətlə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yarandığı zaman toqquşmanın qarşısını ala bilsin. Bu, qanunda da öz əksini tapıb. Yolun buzlu, qarlı və sürüşkən belə olması peşəkar sürücüləri qorxutmur. Hadisənin baş verməməsi üçün onlar bilik və bacarığını ortaya qoyurlar. Amma təəssüf ki, belə hava şəraitində qeyri-peşəkar olanlar həm özlərinə, həm də başqalarına xeyli miqdarda maddi zərər verirlər”.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










