Bakıda səhvən başqa avtobusa minib itkin düşən 6 yaşlı uşaq tapıldı

Bakıda azyaşlı səhvən başqa marşrut avtobusuna minərək itkin düşüb.
Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu barədə vətəndaş çağrı mərkəzinə müraciətində bildirib. Məlumata əsasən, vətəndaşın 6 yaşlı oğlu bu gün saat 15:30-da səhvən 88 nömrəli marşruta minib.
Müraciəti qəbul etdikdən dərhal sonra araşdırma aparılıb. Belə ki, “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 88 nömrəli marşrutda fəaliyyət göstərən avtobuslara “AVL” proqram təminatı vasitəsilə mesaj göndərilib. Bundan əlavə xəttə nəzarət edən, xətt dispetçerləri ilə telefon əlaqəsi yaradılıb uşaqla bağlı bütün məlumatlar verilib.
16:25-də oğlan uşağı tapılıb və valideyni ilə əlaqə saxlanıllıb. Metronun “İçəri Şəhər” stansiyası yaxınlığında polis əməkdaşlarının müşayəti ilə ailəsinə təhvil verilib.
Azərbaycan-İran sərhədində yük avtomobillərinin hərəkəti tam dayandırıldı
"Bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?!" - İlham Əliyev
"İran tərəfindən 4 pilotsuz uçuş aparatı hücum aktlarını törədib" - Müdafiə Nazirliyi
Naxçıvana edilən dron hücumları ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB
“Onların başı “Dəmir yumruq” vasitəsilə yarıldı, bugünkü hadisə də eyni nəticəni hasil edəcək”
İran əhalisi Molla rejimindən qurtulmaq üçün öz sözünü deməlidir – Ədalət Verdiyev
İlham Əliyev: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycanda kartofun qiyməti artmağa davam edir; Nələr baş verir? - Ekspertlər AÇIQLADI
İrandan dron hücumu ilə bağlı - Açıqlama - VİDEO
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTOLAR
Dron hücumu nəticəsində xəsarət alanlardan birinin kimliyi bilindi - FOTOLAR - YENİLƏNİB










