Bakıda 65 yaşlı qadını vurub öldürən sürücü məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elgün İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E.İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Elgün İbrahimov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçmək istəyən piyada 65 yaşlı Leyla Hüseynovanı vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












