Bakıda 7 marşrutun istiqaməti dəyişdirildi --Narazılıq yarandı - VİDEO

“Bakı şəhərinin Ramana qəsəbəsi yolunda baş verən avtobus qəzasından sonra Baş Dövlət Yol Polisi İdarəsi marşrut xətlərinin həmin yoldan deyil, qəsəbənin içindən keçməsi ilə bağlı dəyişiklik edib”. Avtosfer.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. N.Allahyarova qeyd edib ki, bu yenilik daimi deyil və optimallaşdırma işləri bitdikdən sonra qərar veriləcək: “Optimallaşdırma aparılır və Bakı Nəqliyyat Agentliyi onlar üçün uyğun bir yol müəyyən edəcək. Amma hələ ki, Baş Dövlət Yol Polisi belə qərar qəbul edib”.
Agentlik rəsmisinin sözlərinə görə, Ramana yolundakı süni dayanacağın ləğv edilməsi ilə bağlı “Azəravtoyol” ASC-yə müraciət edilib: “Həmin yolda süni dayanacaq yaradılıb və “Azəravtoyol”a həmin dayanacağın ləğvi ilə bağlı müraciət etmişdik və deyildiyinə görə, artıq bu dayanacaq bağlanıb”.
Qeyd edək ki, iyulun 17-də saat 08:00 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakinləri Həsən Heybətov idarə etdiyi “Shacman” markalı yük avtomobilini qarşıda gedən Kərəm İbrahimovun 171 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusa vurub. Avtobus yolun kənarında dayanmış Vahid Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilə dəyib və “Daewoo” ilə “Shacman” markalı avtomobillər aşıb. H.Heybətov, K.İbrahimov və 21 sərnişin xəstəxanaya yerləşdirilib.
Hərəkət istiqamətləri dəyişdirilən 160, 171, 150, 136, 141, 101 və 187 saylı marşrut avtobuslarıdır. Amma bu dəyişiklikdən nə avtobus sürücüləri, nə də sərnişinlər razıdır. Maşurut sahibləri isə bildirir ki, Ramananın içindən keçən yol dar olduğundan burada tez-tez tıxac əmələ gəlir və qrafikdə gecikmələr olur.
Bakı Nəqliyyat Agentlyinin sözçüsü Nuridə Allahyarova bildirdi ki, bu dəyişikliyi təhlükəsizlik məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən edilib. Hazırda Agentlik tərəfindən problemin aradan qaldırılaması üçün təkliflər hazırlanır və əgər qəbul olunarsa həmin maşurut xətlərinin istiqaməti təhlükəsizlik tədbirləri görülməklə yenidən dəyişdiriləcək.
Fərid
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır










