Bakıda 70 nəfər avtoxuliqanlığa görə məsuliyyətə cəlb olunub

Bu ilin 9 ayı ərzində Bakıda baş vermiş 450 yol-nəqliyyat hadisəsində 139 nəfər ölüb, 392 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib. Qeyd olunub ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,2%, xəsarət alanların sayı isə 23,9% azalsa da, ölənlərin sayı 0,7% artıb. Yol hərəkətinə nəzarət prosesində 14,4% çox və ya 648.897 (+81.911), o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 396.286 (-54.037, 450.323), ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 19.498 (+13.248, 6.250), nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 1.986 (-1.295, 3.281) inzibati xəta aşkar edilib. Nəticədə həm ümumi qayda pozuntularının aşkarlanması (0,6), həm də kobud qayda pozuntularının aşkarlanması (0,3) artıb, habelə 70 (49) avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib. Müşavirədə həmçinin qeyd olunub ki, bütövlükdə inzibati xətaların profilaktikası, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması sahəsində fəaliyyət gücləndirilib. Polis sahə rəisləri və inspektorları tərəfindən 48.795 (+1.072, 47.723) protokol tərtib olunub, əlaqələrində olan 966 inanılmış şəxsdən 6.612 məlumat alınıb, 933 (+268, 665) münaqişəli ailə profilaktiki uçota götürülüb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












