Bakıda 9 kq-a yaxın civəni satmaq istəyənlər tutuldu - VİDEO

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları külli miqdardagüclü təsiredici zəhərli maddəolan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar edib. Avtosfer.az xəbər verir ki, bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib. Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə əvvəlcədən daxil olan məlumat əsasında Abşeron rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirib. Əməliyyat nəticəsində Bakı-Sumqayıt yolunun 14-cü kilometrliyində yerləşən "Neapol" otelinin həyətində Azərbaycan vətəndaşı Əliyev Etibar Rza oğlu ümumi çəkisi 8830 qramolan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb. Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Etibar Əliyevə civəni satması üçün təhvil verən Azərbaycan vətəndaşı Bayramov İlqar Bayram oğlu Bakı şəhəri, 20 Yanvar dairəsinin yaxınlığında saxlanılıb. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 240.2.1 maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətindəəməliyyat və istintaq tədbirləri davam etdirilir.
Emin
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










