Bakıda açılacaq YENİ YOLUN üstünlükləri - VİDEO

Bakıda salınacaq bu yol sıxlığı xeyli azaldacaq. Söhbət Böyükşor-Pirşağı avtomobil yolundan gedir.
Bu yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətinə imkan yaradacaq.
Nəqliyyat Eksperti Ərşad Hüseynov deyir ki, yeni yol istifadəyə veriləndən sonra paytaxtdakı əsas yollardan bəzilərinin yükü azalacaq.
Ekspertin sözlərinə görə, yeni salınacaq yolun əsas üstünlüklərindən biri də Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yola birləşməsidir. Bu, paytaxtın şimal hissəsində, ən sıx tıxacın yaşandığı Bakı-Sumqayıt yolunda vəziyyətin nisbətən yaxşılaşmasına səbəb ola bilər.
Yeni yolun istifadəyə verilməsi metronun Neftçilər və Əhmədli stansiyaları istiqamətindən Binəqədi, Məhəmmədi, Fatmayi, Mehdiabad qəsəbələrinə hərəkət sürətinin artmasına, insanların daha qısa müddətə bir məntəqədən digərinə çatmasına səbəb olacaq. Yolun 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə
Azərbaycana soyuq hava kütlələri daxil olub
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ










