Bakıda açılan bu restoran tarixçiləri dilə gətirdi - Erməni izi - FOTOLAR

"Sahil bağı" tərəfdə fəaliyyət göstərən “26” adlı restoranın köhnə “26-lar”a işarə verdiyi iddia olunur. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə tarixçi Elmar Həsənov sosial şəbəkədə yazıb. O, fikrini belə ifadə edib: “İndiki “Sahil bağı", vaxtilə “26-lar” bağı adlanırdı. İndi isə həmin ərazidə “26” adlı restoran fəaliyyətə başlayıb. Niyə məhz bu ərazidə?
Bir neçə il qabaq həmin bağdan onların cəsədləri çıxarılıb. Demək, həmin “26-lar”ın nəvə və nəticələri Azərbaycanda yaşayır. Məhz həmin ərazidə babalarının ruhunu yaşadırlar. Bu qədər təsadüf olmaz…”
Həmçinin tarixçi Dilavər Əzimli də məsələyə biganə qalmayıb. O, həmin məkanın fotosunu paylaşaraq, hüquq-mühafizə orqanlarından açıqlama tələb edib: “Sahil bağı" tərəfdə “26” adlı restoran açıblar. Adını da ingilis dilində yazıblar. Bu nədir? Bura Ermənistandırmı? Bunlar kimdir? Bunların arxasında hansı şəbəkə dayanır? Bu, lap ağ etmək oldu. Azərbaycan xalqını qanına qəltan edən “26-lar”a Bakının mərkəzində restoran açılıb. Buna görə biz hüquq-mühafizə orqanlarından açıqlama tələb etməliyik. Bunu edənlər bu dərəcədəmi həddi aşdılar? Dağlıq Qarabağda erməni məskunlaşması gedir. Bakıda da “26-lar” restoranı açılır. Bu dərəcədəmi zəlil olduq? Düzü, məəttəl qalıram…”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














