Bakıda aeroportda əl çantasında tapança patronları aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tapança patronlarının ölkə ərazisinə gömrük sərhədindən bəyan etmədən gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Türkiyə vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda patrona bənzər predmetlərin təsviri görünüb. Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib. Nəticədə, çantanın iç cibində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 4 ədəd tapança patronu aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan patronlar zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli, "BROWNING lang", "BROWNING", "Long Remington", "Selbstlade-Pistole", "DWM 538", "Parabellum" konstruksiyalı tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş birdəfəlik istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir və istifadəyə (atəşə) yararlıdır. Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












