Bakıda ağaclar abadlıq adı ilə kütləvi şəkildə kəsilib – FOTO

Bakı şəhərinin daha bir ərazisində kütləvi şəkildə ağac kəsilməsi faktı qeydə alınıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Nəsimi rayonu, IV mikrorayon, Mirmahmud Kazımovski küçəsində baş verib. Belə ki, çoxlu sayda ağac qırılaraq ekskavator vasitəsilə kökündən çıxarılıb. Həmin ərazidə yaşayan sakinlər ağacların kəsilməsi ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) Mənzil-Kommunal Təsərrüfatı Birliyinə narazılıqlarını bildiriblər. Birlikdən sakinlərə ərazidə yeni park salınacağı ilə bağlı məlumat verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya İdarəsinin müfəttişi Ruslan Bayramov deyib ki, hadisə aprelin 19-da baş verib. O bildirib ki, Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyi həmin ərazidə ağacların abadlaşdırılması üçün nazirliyin ekspertiza idarəsinə müraciət edib: “Bununla bağlı biz tərəfdən onlara müsbət rəy verilib. Ağac kəsilməsi ilə bağlı isə birliyə heç bir rəy verilməyib. Bundan sonra həmin ərazidə ağac kəsilməsi faktı olduğuna görə tərəfimizdən araşdırılma aparılıb və qanuna uyğun müvafiq tədbirlər görülüb”. R.Bayramovun sözlərinə görə, Nəsimi RİH-in Mənzil-Kommunal Təsərrüfatı Birliyi cərimələnib: “Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












