Bakıda ağacların budaqları arasında qalan yol nişanı – Sürücülər cərimələnir - VİDEO

Paytaxtda yol nişanlarının ağacların budaqları arasında görünməz vəziyyətdə qalması ilə bağlı sürücülərdən redaksiyamıza şikayət daxil olub. Sözügedən küçələrdən biri paytaxtın Nizami rayonu, Əliağa Kürçaylı 3 küçəsi ilə Əliağa Kürçaylı 17 küçəsinin kəsişməsində yerləşir. Görüntülərdə yol nişanının ağacın arxasında qalması sürücülərin narazılığına səbəb olub. Avtosfer.az-ın məlumatına görə, "Bizim.Media"ya danışan sürücülər bildirirlər ki, nişanın bu vəziyyətdə olması hərəkət təhlükəsizliyi üçün risk yaradır və bəzi hallarda sürücülərin qaydaları bilmədən pozmasına səbəb olur. Bu isə onların əsassız yerə cərimələnməsi ilə nəticələnir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. Qurumdan bildirildi ki, paytaxtın küçə və prospektlərində agentlik tərəfindən mütəmadi təhlillər aparılır.
“Yol nişanlarının görünməsi məhdudlaşdığı hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəsmi müraciət göndərilir. Ağacların budanması zamanı bu cür problemlər aradan qaldırılır”, - AYNA-nın məlumatında qeyd olunur. Qurum həmçinin əlavə edib ki, bu kimi hallarla rastlaşan vətəndaşlar AYNA-nın rəsmi əlaqə vasitələri və ya “Açıq hökumət” platformaları üzərindən müraciət edə bilərlər. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə cəhdlərimiz isə boşa çıxdı.
Mövzunu diqqətdə saxlayacağıq...
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı
Könül Həmzəyeva saxlanıldı










