Bakıda ağır qəza törədən şəxs kassasiya şikayəti verib

Bakıda ölümlə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kənan Hüseynli kassasiya şikayəti verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək məhkəmə iclası oktyabrın 20-nə təyin edilib. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayının 19-da Xətai rayonu ərazisində baş verib. Nobel prospektində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Hüseynli Kənan Şahin oğlu idarə etdiyi “Jaguar” markalı avtomobili qarşıda gedən Türkiyə vətəndaşı Əhməd Damların idarə etdiyi “KÖGEL” markalı avtomobilə çırpıb. K.Hüseynli və avtomobilindəki 3 sərnişini xəstəxanaya yerləşdirilib. Yaralılardan biri sonradan ölüb. Hadisəni törətməkdə təqsirli bilinən K.Hüseynli saxlanılıb.
O, Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub.
Ötən il may ayının 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Hüseynli 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. K.Hüseynli daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












