Bakıda ağır qəzada avtobus sürücüsü əsl qəhrəmanlıq edibmiş - VİDEO

Bakıda iki gün əvvəl baş vermiş ağır yol qəzası ilə bağlı yeni məlumat yayılıb. Avtosfer.az-a daxil olan məlumata görə, Aeroport yolunda «Toyota Prado», «Chevrolet», «Daevoo», «VAZ» və 160 nömrəli sərnişin avtobusun toqquşması nəticəsində daha ağır fəsadlar ola bilərmiş. Lakin «Daevoo» markalı, 10 TG 253 dövlət nömrə nişanlı avtobusun sürücüsü peşəkarlıq göstərərək insan tələfatının qarşısını alıb. Məlumata görə, avtobusa arxadan çırpılan minik avtomobili qarşı yola çıxıb. Avtobus isə piyada keçidinin yanındakı dayanacağa çatarkən aldığı güclü zərbədən idarəetmədən çıxaraq aşma təhlükəsi ilə üzləşib. Bu zaman dayanacaqda 25-ə yaxın sərnişin də olub. Avtobus yoldan çıxaraq dayanacağa istiqamət götürsə də, sürücü ayıq-sayıq tərpənərək sükanı kənara çəkə bilib. Nəticədə avtobus piyada keçidinə dəyib, sonra isə beton dirəyə çırpılaraq dayanıb.
Şahidlərin verdiyi məlumata görə, avtobus sürücüsü özünü itirmiş olsaydı və avtobus gəldiyi sürətlə dayanaca girsəydi ən azı onlarla insan həlak ola bilərdi.
Qeyd edək ki, qəza zamanı xəsarət alan 21 nəfərin əksəriyyəti evə buraxılıb. 3 nəfər isə xəstəxanada müalicə olunur. Elə xəsarət alan həmin 3 nəfərdən biri də qəhrəmanlıq edərək insanların həyatını xilas edən avtobus sürücüsüdür.
Özünü təhlükəyə ataraq onlarla insanı ölümdən qurtaran həmin sürücüyə təşəkkür edirik!
Elmin
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA










