Bakıda anasının başını kəsərək yandıran şəxs xəstəxanada ölüb

Bakıda 6 il əvvəl anasını başını kəsərək qətlə yetirən və yandıran şəxs xəstəxanada ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ölüm hadisəsi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında qeydə alınıb.
Belə ki, xəstəxanada müalicə alan 1984-cü il təvəllüdlü Şahbalayev Emin Firuddin oğlu hələlik məlum olmayan səbəbdən vəfat edib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. E.Şahbalıyevin epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, E.Şahbalayev 2010-cu ilin dekabrında Binəqədi rayonunun Binəqədi qəsəbəsi I Mədən Korpus 25 ünvanında anası 57 yaşlı Nuriyyə Bilalovanın başını kəsib. E.Şahbalayev anasını öldürdükdən sonra onun gözlərini çıxarıb. Bundan sonra anası ilə birgə yaşadığı evi yandıraraq hadisə yerindən qaçıb.
Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şahbalayev Xırdalan şəhəri ərazisində saxlanılıb. Araşdırma zamanı onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
E.Şahbalayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə baxılıb. O, bir neçə il azadlıqdan məhrum edilib.
E.Şahbalayev həbsdə olduğu zaman 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












