Bakıda arvad ərini yatan yerdə öldürüb - RƏSMİ

Martın 7-də saat 05 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Şıxəliyev Mahir Oqtay oğlunun yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon Prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Şıxəliyeva Günay Arif qızının ailə-məişət münasibətləri zəminində Mahir Şıxaəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO
Bakıda piyadalar üçün çıxılmaz vəziyyət: Zolaq yarıda kəsilir - VİDEO
Baharın müjdəçisi və türk dünyasının birlik bayramı - NOVRUZ
Maşına quraşdırılan əlavə avadanlıqlar mühərrikə necə təsir edir? - ARAŞDIRMA
MSK sədri və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Bakıya giriş bağlandı - Uzun tıxac yarandı - VİDEO
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib










