Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək

Mayın 13-15-də Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək.
Avtosfer.az bu barədə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-yə istinadən xəbər verir.
Məlumata görə, tədbiri Ümumdünya Poçt İttifaqı (ÜPİ) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin “Azərpoçt”la birgə təşkil edəcək.
“Növbəti üfüqlər: Gələcək mükəmməllik üçün elektron ticarət, innovasiya və təchizat zəncirinin naviqasiyası” mövzusuna həsr olunmuş forumda 30-dan çox ölkənin 150-dən artıq təmsilçisi iştirak edəcək. Onlar arasında milli poçt xidmətlərinin rəhbərləri, e-ticarət və texnologiya şirkətlərinin yüksəkvəzifəli nümayəndələri, eləcə də sahə üzrə beynəlxalq ekspertlər yer alacaq.
Forumun məqsədi regional müzakirələr və müqayisələr, bilik mübadiləsi və innovasiyalar üçün strateji bir platforma yaratmaqdır. Müzakirələr qlobal tendensiyalar və rəqəmsal pozuntulara cavab olaraq poçt sektorunun transformasiyasına yönələcək.
Gündəliyə poçt şəbəkələrində elektron ticarətin artan rolu, rəqəmsal transformasiya, davamlı logistika təcrübələrinin tətbiqi, poçt əməliyyatlarında inam və təhlükəsizliyin qorunması üçün kibertəhlükəsizliyin əhəmiyyətinin artırılması kimi aktual mövzular daxildir.
Forum sənaye liderləri və maraqlı tərəflər arasında dialoqu asanlaşdırmaqla müştərilərin və bizneslərin dəyişən tələblərinə uyğun, gələcəyə yönəlik strategiyaların və innovativ həllərin inkişaf etdirilməsinə təkan verəcək. Eyni zamanda tədbir ÜPİ-nin regional inkişafı təşviq etmək və beynəlxalq poçt əməkdaşlığını gücləndirmək istiqamətindəki öhdəliyini də bir daha təsdiqləyəcək.
Forum çərçivəsində poçt operatorlarına rəqabətqabiliyyətli və dayanıqlı qalmaq, eləcə də rəqəmsal iqtisadiyyatın tələblərinə uyğunlaşmaq üçün praktiki ideyaların təqdim ediləcəyi gözlənilir.
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO












