Bakıda avtobus elektromobilə çırpıldı -Yaralılar var - FOTOLAR

Bakıda sərnişin avtobusu yol abadlığı ilə məşğul olan texnikaya çırpılıb, “Bakı Abadlıq Xidməti” MMC-nin iki əməkdaşı ağır yaralanıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 171 saylı xətt üzrə hərəkət edən “İveco” markalı sərnişin avtobusu “Bakı Abadlıq Xidməti”nə məxsus elektromobilə çırpılıb. Hadisə nəticəsində yol kənarındakı yaşıllıqları suvaran işçilər - İlqar Şabanov və Elnur Babazədə ağır xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Şahidlərin sözlərinə görə, hadisədən əvvəl iki sərnişin avtobusu bir-biri ilə ötüşürmüş. Sürücü Mehman Əliyev digər avtobusu ötərkən yol kənarındakı kiçik elektromobili gec görüb. Sürət yüksək olduğundan, sürücü avtobusu saxlaya bilməyib. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəliblər, ilkin müayinələr aparılıb. Elektromobil avtobusun altında qaldığından, onu oradan çıxarmaq çətinlik yaradıb.
Avtobus cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.






İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












