Bakıda avtobus marşrut xətləri müsabiqə ilə istismara veriləcək - Yeni ildən

Növbəti ildə Bakı şəhərində marşrut xətlərinin müvəqqəti istismara verilməsi müsabiqə yolu ilə həyata keçiriləcək. Avtosfer.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı mövcuddur: "İlk belə müsabiqənin 2017-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulub. Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, hər hansı avtobus şirkətinin keyfiyyətdə dominantlıq etməsi, onun inhisarçı olması demək deyil. Agentlik avtobus şirkətləri arasında heç bir fərq qoymur. Bizim üçün önəmli olan yalnız vətəndaşa göstərilən xidmətin keyfiyyətidir".
Qeyd edək ki, hazırda Bakıda sərnişindaşımada istifadə edilən avtobusların ümumi sayı 2 100, marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların sayı isə 58-dir.
V.Kərimli əlavə edib ki, Bakıda müntəzəm sərnişindaşıma ilə məşğul olan 58 daşıyıcıdan yalnız 17-si maddi-texniki istehsalat bazasına malikdir: "Bu daşıyıcıların əksəriyyəti qoyulan tələbələrə cavab vermir. Bu gün təəssüf ki, hələ də bir sıra avtobuslar xəttə qarajlardan deyil, müxtəlif məhlələrdən çıxır".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












