Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR

Dünən gecə baş verən avtobus qəzası yenidən sərnişin təhlükəsizliyi məsələsini gündəmə gətirib.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında bildirib ki, əvvəlki dövrlərlə müqayisədə hazırda avtobusların iştirakı ilə baş verən qəzaların sayında azalma müşahidə olunur.
Onun sözlərinə görə, bu ilin sonuna qədər köhnə və istismara yararsız avtobusların mərhələli şəkildə dövriyyədən çıxarılması ilə bağlı daşıyıcılara vaxt verilib:
“Bu ilin sonuna qədər daşıyıcılara müəyyən vaxt verilib ki, nəqliyyat vasitələrini yeniləsinlər, yaxud başqa sahədə fəaliyyət göstərsinlər. Qəzaların azalmasının əsas səbəblərindən biri də marşruta buraxılan köhnə avtobusların bir qisminin artıq dövriyyədən yığışdırılmasıdır. Eyni zamanda sürücülərə daha ciddi təlimlər keçirilir”.
Eldəniz Cəfərov qeyd edib ki, buna baxmayaraq bəzi özəl daşıyıcıların qarajlarında hələ də köhnə avtobuslara rast gəlinir.
“Mövcud qaydalara əsasən, daşıyıcı şirkətlər reysdən əvvəl sürücülərin psixoloji və sağlamlıq vəziyyətinə nəzarət etməlidirlər. Sürücü özündə hər hansı nasazlıq hiss edirsə, sağlamlıq problemi varsa və ya alkoqollu içki qəbul edibsə, həmin sürücü marşruta buraxılmamalıdır. Əgər sürücü ilə bağlı və ya nəqliyyat vasitəsi ilə bağlı hər hansı problem yaranarsa, burada məsuliyyət təkcə sürücünün üzərində deyil, həm də həmin daşıyıcı şirkətin üzərindədir”, - deyə E.Cəfərov bildirib.
Ekspert vurğulayıb ki, avtobus qəzalarının qarşısının alınması üçün sürət həddinə nəzarət, avtobus zolaqlarının tətbiqi və yol hərəkəti qaydalarının təkmilləşdirilməsi də vacib amillərdəndir:
“Baş verən hər bir qəza ayrıca araşdırılmalıdır. Çünki hadisənin səbəbi hər dəfə eyni olmaya bilər: qəza sürücü amili, texniki nasazlıq və ya digər səbəblərdən baş verə bilər”.
Qeyd edək ki, dünən gecə baş verən avtobus qəzası ilə bağlı avtobusun məxsus olduğu “Ayşən LTD” MMC ilə əlaqə saxlamağa çalışsaq da, şirkətdən açıqlama almaq mümkün olmayıb.
Hazırda baş verən qəzanın dəqiq səbəbləri isə yalnız aidiyyəti qurumların araşdırmasından sonra məlum olacaq./ajans.az
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI
Xəzərin dibindən kommunikasiya və nəqliyyat xətləri çəkiləcək - POLİTOLOQ
Bu yollar 2 gün bağlı olacaq
Martin Ryan işi: Fransanın gizli hədəfində hansı dövlətlər olub?
Bir həftədə Azərbaycanda yüz minlərlə manatlıq ziyan qeydə alındı - RƏSMİ










