Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

Avtobus sürücüsü dostu ilə əlbir olub, evə basqın ediblər. Qarət məqsədi ilə gələn çağrılmamış qonaqlar yaşlı kişinin döyüb, daha sonra isə şkafa bağlayıblar. Avtosfer.az bildirir ki, hadisə gecə saatlarında paytaxtın Binəqədi rayonunda olub. Binəqədi qəsəbə sakini, 61 yaşlı Yaqub Sultanov 4-cü polis bölməsinə məlumat verib ki, gecə vaxtı həyətində səs-küy eşidib. Çölə çıxan zaman ona iki nəfər hücum edib, mənzilə salıblar. Yaşlı kişidən pul və qızıl tələb ediblər. Pulu olmadığını deyəndə onlar Yaqub Sultanovu döyüb şkafa bağlayıblar. Səsə qonşular gəldikdə hər iki şəxs qaçıblar. Binəqədi polisi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və əvvəllər məhkum edilmiş Vüsal Abdullayevi saxlayıb. Məlum olub ki, hadisəni törədən Vüsal Abdullayev Bakıda 36 saylı marşurut avtobusunun sürücüsü olub.
Saxlanılan şəxslər polisə ilkin ifadələrində bildirib ki, onlar bir neçə gün zərərçəkmişin evinin ətrafında olub, plan qurublar. İndi Binəqədi polisi Rasim Quliyev və Vüsal Abdullayevin digər cinayətlərinin olub olmamasını araşdırır. Faktla bağlı isə quldurluq maddəsi ilə cinayət işi başlanıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












