Bakıda avtobus sürücüsünün özbaşınalığı - Sərnişinləri yola atdı - FOTO

Bakıda avtobus sürücülərinin hədsiz özbaşınalıqları bitmir ki, bitmir. Bu gün - martın 28-də 77 saylı marşrut üzrə hərəkət edən 90-TD-383 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü bütün hüquq və etik qaydaları pozaraq özbaşınalığa yol verib. Yeni Yasamaldakı ilk dayanacağından saat 08:24-da çıxan bu avtobusun sürücüsü sərnişinləri son dayanacağa çatdırmaqdan imtina edərək, onları yarıyolda düşürüb. N.Nərimanov heykəlindən Mehdi Hüseyn küçəsinə doğru hərəkətdə olarkən üzü metronun "İçərişəhər" stansiyasına doğru yolda hərəkətin intensivliyini və nəqliyyatın asta hərəkətini görən sürücü bunu tıxac kimi qələmə verib. Daha sonra saat 9:10-da avtobusu "Teleteatr"ın binasının qarşısındakı dörd yol ayrıcındaca saxlayan sürücü sərnişinlərin həyatını təhlükə altına ataraq onları elə oradaca, yolun ortasında enməyə məcbur edib. Sərnişinlərin buna etiraz etməsinə baxmayaraq, sürücü dediyindən dönməyib və marşrut xəttindən çıxaraq avtobusu üzü Şəhidlər Xiyabanı istiqamətində sürüb.
Qeyd edək ki, eyni anda həmin yolda digər marşrutlar üzrə hərəkət edən avobuslar da olub, amma onlar tıxac bəhanəsi ilə sərnişinləri yarıyolda atmayıb, yoluna davam ediblər.
Milli.az
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












