Bakıda avtobus və taksi özbaşınalıqlarına son qoyulacaq

Vətəndaşlar tərəfindən bizə paytaxtın ictimai nəqliyyatındakı problemlərlə bağlı daxil olan müraciətlərin, eləcə də təkliflərin çoxu marşrut xətləri, dayanacaqlar, avtobusların texniki vəziyyəti və sürücülərlə bağlı olur. Bu barədə milli.az-a açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyib. Onun sözlərinə görə, vətəndaşlar avtobuslarla bağlı şikayətlərini yenə də "141" saylı qaynar xəttə telefonla zəng etməklə və ya NİİM-in Facebook səhifəsinə yazmaqla çatdıra bilərlər: "Bizə çoxlu ismarıclar gəlir, onların hamısı araşdırılır və hamısı da cavablandırılır. Hətta bəzi araşdırmalar mütəxəssislər tərəfindən birbaşa yerində, ərazilərdə aparılır. Bizim səlahiyyətlərimizə daxil olmayan məsələlər isə lazımi əlaqədar instansiyalara yönləndirilir".
R.Mirqulamov qeyd edib ki, yeni yaradılan Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladıqdan sonra bu sahədəki problemlərin əksəriyyəti öz həllini tam şəkildə tapacaq: "Hələlik BNA-nın yaradılması ilə bağlı təşkilati məsələlər həll edilir. Dövlət başçısının imzaladığı müvafiq sənədə və qoyduğu tapşırıqlara əsasən, Agentliyin yaxın günlərdə fəaliyyətə başlayacağı gözlənilir. BNA fəaliyyət başlayanadan sonra avtobus və taksi fəaliyyəti ilə bağlı yoxlamalar gücləndiriləcək, bu sahədəki çatışmazlıqlar və problemlər öz həlini ən qısa zamanda tapacaq, bütün özbaşınalıqlara son qoyulacaq".
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF












