Bakıda avtobuslarda cibgirliklə məşğul olan şəxslər ələ keçdi - FOTO

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan və bununla da insanların pulunu, mobil telefonunu, eləcə də üzərlərində olan digər qiymətli əşyaları oğurlayan 2 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri əvvəllər dəfələrlə məhkum olunmuşlar – Səfər Əliyev və onun qohumu Sakit Əliyev saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, hər iki şəxs ötən ilin dekabr və 2018-ci ilin yanvar ayı ərzində 40 və 81 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobuslarında insanların sıx olduğu saatlarda cibgirliklə məşğul olublar.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-nə müraciət edə bilərlər.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














