Bakıda avtobusların hərəkət qrafiki haqqında onlayn xəbər veriləcək

Bakıda avtobusların birinci dayanacaqdan çıxma vaxtı və son məntəqəyə çatma vaxtına dair dataların ictimaiyyətə onlayn açıqlanması nəzərdə tutulub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu "Dövlət qurumlarının elektron inkişaf indeksi-2017" qiymətləndirmə hesabatı ilə çıxış edən elektron hökumət məsələləri üzrə ekspert Məhəmməd Muradov bildirib.
Onun sözlərinə görə, bu cür dataların mütəmadi olaraq yenilənməsi də planlaşdırılır.
Ekspert hesab edir ki, bu cür datalar ictimai nəqliyyat vasitələrindən istifadə edən vətəndaşlara gün ərzində vaxtlarını düzgün nizamlamağa imkan verəcək: "Həmçinin, biznesin inkişafına şərait yaradacaq. Belə ki, Bakıda avtobusların hərəkət istiqamətini göstərən yeni mobil aplikasiyalar yarana bilər. Lakin hazırda bu cür datalar rəqəmsaldır, ictimaiyyətə onlayn şəkildə açıqlanmır".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












